Qubada narkotik təsiri altında 5 sürücü saxlanılıb

14:13 - 3 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Xəbər xətti