İki gün əvvəl itkin düşən qızın meyiti tapılıb

14:44 - 3 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti