Paytaxt yollarında tıxac var - SİYAHI

08:21 - 3 Sentyabr 2024 - AVTO

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər xətti