Həddindən artıq istilər ABŞ-da körpülərinin dağılmasına səbəb ola bilər

11:27 - 3 Sentyabr 2024 - DÜNYA

Qlobal istiləşmə körpülərin pisləşməsini sürətləndirir və ABŞ-da böyük körpü çökmələrinə səbəb ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.

Məlumata görə, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər və artan daşqınlar ABŞ-da körpü strukturlarının dağılmasını sürətləndirir.

NYT qeyd edir ki, körpülər ani temperatur dəyişikliklərinə tab gətirmək üçün nəzərdə tutulmayan materiallardan tikilib. Mütəxəssislər bildirirlər ki, ABŞ-da körpülərin dağıdılmasının əsas səbəbi tikililərin bünövrəsi yaxınlığındakı torpaq çöküntülərinin aşınmasıdır.
Bu proses qlobal istiləşmə ilə əlaqəli güclü yağışlarla daha da şiddətlənir.

Nəşr qeyd edir ki, 1960-cı ildən əvvəl tikilmiş bəzi Amerika körpüləri iqlim dəyişikliyinin strukturlara təsirindən əvvəl də təmirə ehtiyac duyurdu. Araşdırmaya görə, qlobal istiləşmə 2050-ci ilə qədər ABŞ-da polad körpülərin dörddə birinin dağılmasına səbəb ola bilər.

Xəbər xətti