Lufthansa sentyabrın 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək

00:00 - 3 Sentyabr 2024 - DÜNYA

Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər sentyabrın 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Lufthansa-nın mətbuat xidmətindən məlumat verilib.
“Mövcud vəziyyətə görə Lufthansa Qrupu yenidən uçuş cədvəlinə düzəlişlər edir. Təl-Əvivə uçuşlar sentyabrın 5-də bərpa olunacaq”, - aviaşirkətin mətbuat xidməti xatırladıb ki, sentyabrın 30-u daxil olmaqla, Əmman və Ərbilə uçuşlar bərpa edilib”, - mətbuat xidməti əlavə edib.

Xəbər xətti