Bayden Qəzzada atəşkəslə bağlı danışıqların davam etdirildiyini açıqlayıb

00:10 - 3 Sentyabr 2024 - DÜNYA

Qəzza zolağında atəşkəs üçün danışıqlar davam edir.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Pitsburqa (Pensilvaniya) yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.

Prezident Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstinin radikal HƏMAS hərəkatının girovlarının azad edilməsi üçün daha nə etmək lazımdır sualına cavab verərək, "Biz hələ də danışıqlar aparırıq" deyib.

Xəbər xətti