Elektrik enerjisi, qaz və benzinin qiymətlərini azaltmaq üçün 6,8 milyard ayrıldı - Yaponiyada

08:37 - 3 Sentyabr 2024 - İQTİSADİYYAT

 Yaponiya hökuməti elektrik enerjisi, məişət qazı, benzin və s. tarifləri azaltmaq üçün 989,1 milyard yen (təxminən 6,8 milyard dollar) məbləğində əlavə subsidiyalar ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Beləliklə, 2025-ci il martın 31-də başa çatacaq cari maliyyə ilində istehlak qiymətlərinin, ilk növbədə enerji resurslarının aşağı salınması üçün ayrılan subsidiyalar fondu praktiki olaraq tükənəcək.
Bu vəsaitlər əhali üçün tariflərin artımının qarşısını aldıqları üçün kompensasiya kimi özəl şirkətlərə göndərilir.

Rəsmi proqnoza görə, 2024-cü maliyyə ilində ölkənin ümumi istehlak qiymətləri indeksinin əvvəlki ilin səviyyəsindən təxminən 2,5% artacağı gözlənilir.
Bununla yanaşı, elektrik enerjisi və məişət qazı, eləcə də benzinin tarifləri xüsusilə artır.
Bu, Yaponiyanın demək olar ki, tamamilə xaricdən aldığı idxal olunan enerji resurslarının qiymətlərinin artması ilə bağlıdır.

Xəbər xətti