Hindistanda imtahan zamanı azı 12 nəfər ölüb

14:51 - 3 Sentyabr 2024 - DÜNYA

Hindistanın şərqindəki Jharkhand əyalətində dövlət qulluğuna müraciət edənlər üçün fiziki hazırlıq imtahanı zamanı azı 12 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Ölənlər gömrük xidmətində 583 vakant yeri tutmaq istəyən 500 min namizəd arasında olub.
Testlərdən biri həddindən artıq istidə 10 km məsafəni qaçışdan ibarət olub.

Ölkənin səlahiyyətli orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər xətti