Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

15:53 - 2 Sentyabr 2024 - HADİSƏ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Mikayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirdiyi çətənə bitkiləri və marixuana aşkar olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti