Ronaldo Portuqaliya millisinə çağırılıb

14:37 - 2 Sentyabr 2024 - İDMAN

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Portuqaliya millisinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilib.

Turnir çərçivəsində Roberto Martinezin yetirmələri sentyabrın 5-də evdə Xorvatiya ilə qarşılaşacaq.
Üç gün sonra doğma meydanda Şotlandiya ilə qarşılaşacaqlar. Ümumilikdə Portuqaliya millisinin məşqçilər korpusu bu oyunlara 25 futbolçu çağırıb.

Xəbər xətti