Bir gün ərzində 17,3 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

12:00 - 1 Aprel 2023 - HADİSƏ

Polis əməkdaşlarının martın 31-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan çox marixuana, 5,7 kiloqrama yaxın tiryək, 3,6 kiloqramdan çox metamfetamin, 670 qram həşiş qatranı olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər xətti