Tramp seçkilərlə bağlı sualları cavablandırmayıb

22:31 - 24 Noyabr 2020 - DÜNYA

ABŞ prezidenti Donald Tramp hamını birjadakı müvəffəqiyyətlər münasibətilə təbrik edib.


Bu barədə "Ucnoqta.az" xarici mətbuata istinadən xəbər verir.

"Ölkəmizin xalqını təbrik etmək istəyirəm. DJIA indeksi 30 minə (bəndə-red) çatdı, bu, tarixdə yüksək səviyyədir", - Tramp deyib.

O, bu göstəricini "müqəddəs rəqəm" adlandırıb.

Tramp həmçinin bildirib ki, "vaksinlə bağlı baş verənlərdən çox razıdır”.

ABŞ prezidenti 1 dəqiqədən az çıxış edib və Ağ Evin brifinq otağını tərk edib. O, jurnalistlərin seçkilər haqqında suallarına cavab verməyib.

Qeyd edək ki, ABŞ-da eyni vaxtda üç əsas ştatda - Pensilvaniyada, Miçiqanda və Nevada keçirilən seçkilərdə Co Baydenin qələbəsi təsdiqlənib. Tramp hələ ki məğlubiyyətini etiraf etməyib, buna baxmayaraq bildirib ki, hakimiyyətin ötürülməsi prosesinə başlamağa göstəriş verib.

Xəbər xətti