Bella Hadidi podiuma xəncərlə çıxdı – Foto

08:44 - 2 Mart 2020 - MAQAZİN

Konservativ Britaniya modasının əsas üsyançısı sayılan Vivyen Vestvud Parisdə keçirilən Moda həftəsi çərçivəsində öz yeni kolleksiyasını təqdim edib.

“Grazia” xəbər verir ki, dizayner öz şousuna bu mövsum məşhur olan Bella Hadidi dəvət edib. Cicinin bacısını podiumda görməkdən bezsəniz də, bu kolleksiya diqqətinizi cəlb edəcək.

Qeyd etmək lazımdır ki, bu tədbirin ən yaddaqalan anı Bellanın podiuma “Drakulanın gəlini” paltarında çıxması olub. Öz açıq-saçıqlığı ilə seçilən paltarın kəmərindən asılmış xəncəri görmək olar.
Bu libas ilə Bella Hadid gözəl olduğu qədər təhlükə saçdığını demək istəyir./oxu.az


Xəbər xətti