Yaponiyanın şimal-şərqində polis vertolyotu qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, insident fevralın 1–də Fukusima prefekturasında qeydə alınıb. Bu barədə “Kyodo” agentliyi məlumat verib.
Bildirilir ki, göyərtədə 7 nəfər olub. Ekipaj üzvlərinin hamısı xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev