İranda “Iran Air” aviaşirkətinə məxsus “Airbus-319” tipli sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb. Ucnoqta.az xəbər verir ki, insident fevralın 1-də Kermanşah şəhər aeroportunda qeydə alınıb. Bu barədə “Mehr” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Tehran-Kermanşah reysini həyata keçirən layner enişə keçən zaman ön təkərində yaranan nasazlıq səbəbindən uçuş-eniş zolağından kənara çıxıb.
Bildirilir ki, göyərtədə 102 sərnişin və 8 ekipaj üzvü olub, hadisə nəticəsində xəsarət alan olmayıb.
Namiq Musayev