Nazı yeni döyməsinə görə lağa qoydular - FOTO

22:14 - 10 Oktyabr 2018 - MAQAZİN

Türkiyədə iştirak etdiyi evlənmə verilişindən sonra məşhurlaşan Naz Mila yeni qalmaqalla türk mətbuatının gündəminə düşüb.

Ucnoqta.az “Ölkə.az”a istinadən xəbər verir ki, Naz bədəninə ingilis dilində döymə etdirmək istəyib və bu fotoları sosial şəbəkədə paylaşıb. Amma məlum olub ki, ingilis dilini bilməmək böyük səhvlərə yol açıb. İngilis dilindən tərcümədə “Təkcə Tanrı məni səhvlərimə və düzlərimə görə mühakimə edə bilər” mənasına gələn “Only God can judge my mistakes and truths” əvəzinə “I can judge a single god with my wrongs and wrongs” cümləsi yazılıb.

Döymə ustası və 26 yaşlı Nazın ingilis dilini bilməməsi belə biabırçılığa səbəb olub. Döymənin mənası isə “Təkcə mən Allahı öz səhvlərim və yanlışlarımla mühakimə edə bilərəm” deməkdir. Göründüyü kimi, ingilis dilində “wrongs” kəlməsi döymədə iki dəfə istifadə edilib.

Naz Mila etdiyi səhvin nə qədər kobud olduğuna varmayaraq yeni döyməni İnstaqram səhifəsində paylaşıb. Onun izləyicilərinin böyük əksəriyyəti döyməni oxuyaraq onu lağa qoyublar.


Xəbər xətti