Ledi Qaqa festivala qayıqla gəldi - Fotolar

14:39 - 31 Avqust 2018 - MAQAZİN

İtaliyada 75-cisi keçirilən beynəlxalq kinofestival davam edir. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün festival çərçivəsində "Ulduz doğuldu" filminin təqdimatı olacaq. Ekran işində əsas rolları müğənni Ledi Qaqa və aktyor Bred Kuper canlandırıb.
Film musiqiçi Cekson Meynin həyatına həsr edilib. Bu münasibətlə Ledi də festivalın qonaqları sırasında yer alıb.

Qeyri-adi geyimləri ilə hər zaman gündəmə gələn Ledi Qaqa tədbirə motorlu qayıqla gəlib. O, Lido adasından Venesiyaya gəldiyini söyləyib. Beləcə, müğənni yenə də fərqli addımı ilə gündəm yaratmağı bacardığını deyib.


Xəbər xətti