Tanınmış aparıcı və bloqqer Günel Hümbətova Amerikaya köçüb.
Bir neçə ildir ki, Bakıda yaşayan Günel sənədlərində yaranmış problemi aradan qaldıraraq Nyu-Yorka gedib.
Hətta aparıcı “facebook” sosial şəbəkəsində Nyu-Yorkda olduğunu bildirib və saat rejiminə öyrəşməkdə çətinlik çəkəcəyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-a birdəfəlik köçmür. Belə ki, ilin yarısını Bakıda, yarısını isə Nyu-Yorkda yaşayacaq.
Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var. qafqazinfo