Bu günlər Moskvada son 100 ilin ən sərt qışı yaşanır.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda paytaxtda qarın hündürlüyü 45 santimetrdən çoxdur. Hava şəraiti ilə əlaqədar yollarda avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb, paytaxt aeroportlarında 200-dən çox təyyarə reysi təxirə salınıb.
Şəhərdə qarın təmizlənməsinə on minlərlə hərbçi, tələbə və könüllü cəlb olunub.