Alp dağlarına 7 metrlik qar yağdı — FOTOLAR

14:29 - 11 Yanvar 2018 - DÜNYA

Apl dağlarına yağan şiddətli qar minlərlə turisti çıxılmaz vəziyyətə salıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, aramsız yağan qar 7 metrlik qar divarının yaranmasına səbəb olub.

İsveçrənin Zermatt xizək mərkəzində 13 min turiz çıxılmaz vəziyyətdə qalıb. Hazırda ərazidə vəziyyət normallaşmağa doğru gedir.

Bessans və Bonneval arasındakı yol 7 metrlik qarla bağlanıb. Sosial şəbəkədə paylaşılan fotolar bütün dünyanın marağına səbəb olub.

Fransalı meteoroloqlar belə qar yağışının ancaq 30 ildə bir dəfə baş verdiyini söyləyirlər.

Fransada bir nəfər qaç uçqunu altında qalaraq həlak olub.


Xəbər xətti