2017-ci ilin “Kainat gözəli” yarışmasının qalibi 22 yaşlı cənubi afrikalı Demi-Leigh Nel-Peters olub.
Axşam.az xarici mediaya isitnadən xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində təşkil edilən yarışmada 92 nəfər iştirak edib. 90 ölkədə yayımlanan müsabiqəni milyonlarla tamaşçı izləyib.
66-cı dəfə təşkil edilən “Kainat gözəli” yarışmasının qalibi Nel-Petersin tacını 2016-cı ilin qalibi İris Mittenaera taxıb.