Ən seksual qız ən bahalı alt paltarını göstərdi - FOTO

16:25 - 3 Noyabr 2017 - MAQAZİN

Dünyanın aparıcı alt paltarı istehsalçılarından olan "Victoria's Secret" ənənəvi ən bahalı alt geyimini nümayiş etdirib. İstiPress-in məlumatına görə, geyimin qiyməti nə az, nə çox düz 2 milyon dollardır.

İlin ən böyük dəfiləsinə hazırlıqlar tam sürəti ilə davam edir. Bu il minlərlə insanın izləyəcəyi dəfilədə "Secret"in bahalı hissəsini nümayiş haqqı Lais Ribeiroya verilib.

27 yaşlı model Çində keçiriləcək nümayişdə bahalı daş-qaşlarla bəzədilən alt geyimində podiuma çıxacaq. Dəfilədən öncə isə həm model, həm də geyimin tanıtımı baş tutub.

Ribeiro hər bir modelin arzusu olan, kariyerada yüksəlik kimi qiymətləndirilən milyonluq geyimi təqdim etmək üçün seçildiyini eşidəndə hansı hisslər keçirdiyini deyib.  "Gəldim, sınadım və ağladım. Bu inanılmaz duyğudur".

Lais Ribeiro təqdim etdiyi bustqalter 600 karat çəkiyə sahibdir. "Champagne Night" adlı geyimin üzərində 6 min bahalı daş var. Onların işlənməsi 350 saat zaman aparıb.

Xatırladaq ki, "Victoria's Secret" ilk fantaziya busqalterini 1996-cı ildə istehsal edib. Bir milyon dollarlıq geyimi tədime dən model Klaudia Şiffer olub. Bir il sonra isə Taya Benks 3 milyon dollarlıq geyimlə podiuma çıxıb.

 
 

Xəbər xətti