Universitet tələbəsi olan Anok Yai adlı qızın festival zamanı çəkdirdiyi foto sözün yaxşı mənasında başına bəla olub. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, tələbələr festivalına qatılan qızı bir fotoqraf çəkib və öz səhifəsində paylaşıb. Bu paylaşımdan sonra modellik agentlikləri 19 yaşlı qızın izinə düşüb. Agentliklər çətinlikə də olsa, qaradərili Anok Yaini tapıb və modellik etməsi üçün fantastik təkliflər ediblər.
Biokimya təhsili alan, eyni zamanda moda və dizaynla maraqlandığını bildirən Anok isə təkliflərə yaxın günlərdə cavab verəcəyini deyib.