"Həddindən artıq seksual görünürsən"- Cey,Lo sevgilisi ilə kamera qarşısında

11:32 - 2 Noyabr 2017 - MAQAZİN

Cennifer Lopes beyzbolçu sevgilisi Aleks Rodrigezlə “Vanity Fair” jurnalı üçün fotolar çəkdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduz sevgilisiylə birlikdə “Vanity Fair” jurnalının dekabr sayının üz qabığına çəkilib, həm də səmimi açıqlamalar veriblər.
Beyzbolçu "Əkiz kimiyik, ikimiz də Şir bürcüyük. Nyu-York şəhərindənik, latın amerikalıyıq və bunun kimi oxşar xüsusiyyətlərimiz çoxdur”, - deyə bildirib.
Cennifer Lopes isə ilk görüşün necə keçməsindən bəhs edib:
"Asan görüş deyildi. Çox danışdı, mən yalnız dinlədim. Planlarından, keçmişindən və yenidən evlənmək istədiyindən bəhs etdi. Bunlar ilk görüşdə ümumiyyətlə danışılmır".
Müğənni Rodrigezin ona "Həddindən artıq seksual görünürsən" mesajını yazdığını və münasibətlərinin bu etirafla başladığını deyib. Ceylo bundan sonra həyatının tamamilə dəyişdiyini vurğulayıb.
Aktrisanın sözlərinə görə, onların hissləri qarşılıqlıdır, ona görə də münasibətləri çox yaxşı alınır.
Aleks isə Ceylonun əvəzolunmaz qadın olduğunu söyləyib: “O, mənim üçün həm də yaxşı örnəkdir. O, nadir hallarda içir. Həm də hər gün səkkiz saat yatmağa çalışır. Onun gözəl qalmasının səbəbi də özünəbaxımlı olmasıdır”.


Xəbər xətti