Qəflətən kimsə arxadan saçlarımdan yapışdı, sonra bıçaqla kəsdi. Qorxudan səsim tutulmuşdu, qışqıra da bilmədim. 53 yaşlı Taslema adlı qadın axşam saatlarında hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, arxadan yaxınlaşan kişi onun saçlarından yapışıb, sağ əlinə dolayıb, sonra da sol əlindəki bıçaqla onun saçlarını kəsib. Ucnoqta.az milli.az-a istinadən bildirir ki, olay Hindistanın Kəşmir ştatında yaşanıb.
Polisdən verilən məlumata görə, naməlum şəxs Srinaqar bölgəsindki Betamalu şəhərində qadınlara hücum edir. O, qurbanların saçını kəsəndən sonra aradan çıxır.
Artıq 107 qadın polisə müraciət edərək bu manyakın hücumlarına məruz qaldığını bildiriblər.
Yerli sakinlər manyakın axtarışlarına başlayıblar. 70 yaşlı, əqli cəhətdən qüsurlu kişi qəzəbli sakinlər tərəfindən linç edilərək öldürlüb. Lakin sonradan bəlli olub ki, həmin şəxs axtarılan manyak deyilmiş. 47 yaşlı kişini isə polis diri-diri yandırılmaqdan xilas edib: kütlə onu "manyak" sanmışdı. Kəşmir polis idarəsi 107 qadının saçlarını kəsmiş manyak barədə məlumat verəcək şəxsə 600 min rupi mükafat vəd edib.