Əvvəl kişi, indi qadın olan hirsləndi: Soyunuram, yaxşı edirəm - FOTO

13:43 - 20 Oktyabr 2017 - MAQAZİN

Playboy jurnalı tarixində ilk dəfə olaraq transgender modelin fotosessiyasını dərc edib. 26 yaşlı fransız İnes Raus oğlan kimi doğulsa da, sonradan cərrahiyyə əməliyyatlarına məruz qalaraq "qadın" olub.

İ.Rau əvvəllər Vogue və Luvre jurnalları üçün də fotosessiyalara çəkilmişdi.

Playboy jurnalının noyabr sayında "Playmate" qismində fotosessiyası dərc olunan İnas Rau bunu böyük uğur sayır.

Playboy isə Fransada çox ciddi tənqidlərə məruz qalıb. Belə ki, İnes Raunun sessiyasından fotoları paylaşan sosial şəbəkələr amerikalıarı "transgenderlərdən yararlanaraq gəlir əldə etmək istəyi"ndə suçlayıblar.

Playboy-un redaksiyası açıqlama vermir. Səbəb kimi isə Raunun fotolarının dərc olunduğu jurnal sayının artıq satış rekordları vurmasıdır.

İnes Raus cinsini 15 yaşında dəyişib. İndi o, Nyu-Yorkda yaşayır.

"Fotolarımla bağlı qalmaqalı anlaya bilmirəm. Çılpaqlıq heç zaman yasaq mövzu olmamalıdır. Mənim üçün çılpaq bədən insanlığın məhdudiyyət olmadan bayram edilməsidir. Deyirlər ki, transgenderlik təbiət qanunlarına ziddir. Lakin bunu deyən insanlar elə təbiətə yardım üçün heç nə etmirlər. Cinsimi dəyişmək istəyirəmsə, bu, ancaq mənim işimdir. Soyunuram, yaxşı edirəm", - İnes Rau söyləyib. (milli.az)


Xəbər xətti