53 yaşlı kişi 18 qadına qarşı etdiyi təcavüzkarlığa görə tutulub. Ona noyabr ayında hökm oxunacaq. Ucnoqta.az milli.az-a istinadən bildirir ki, Brian McTaggart adlı kişinin qurbanlarından biri də onun keçmiş həyat yoldaşıdır. Belə ki, o, evli olduğu müddətdə müxtəlif işgəncələrə məruz qalaraq zorlanıb.
900 dəfə zorlandığını söyləyən qadın bildirib ki, onun sağ qalması möcüzə kimi bir şeydir.
"Bəxtim gətirdi ki, o, məni öldürə bilmədi. Sağ qalmağım möcüzə kimi bir şeydir. O, normal insan deyil, psixi xəstədir".
Qadın dediyinə görə, əri dəfələrlə onun bədəninə elektrik cərəyanı verib.
Qeyd edək ki, McTaggart 21 il ərzində 3 qadını zorlayıb, yeniyetmə qızlara və oğlanlara təcavüz etmək istəyib.