Dünən axşam saatlarından yağan yağış artıq Binəqədi yollarını iflic edib. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkədə fotolar paylaşıb. Elə ilk payız yağışının ənənəvi problemlər gətirdiyini vurğulayan sakinlər hazırda küçələrin keçilməz olduğunu bildirib. Qeyd edək ki, hər il Binəqədidə eyni vəziyyət davam edir. Hətta keçən il rayon sakinləri "lotka"dan istifadə edərək evlərinə getmişdilər.