Prezident iş otağında atasının fotosunu saxlayır. Rusiya prezidenti Vladimir Putinin kabinetinin fotoları yayılıb. Putinin Kremldəki kabinetinin pəncərəsi gözəl mənzərəyə açılır, ancaq otaq sanki hər zaman kölgəlidir, çünki pəncərə bağlı olur.
Prezidentin təhlükəsizlik xidməti bunun səbəbini açıqlamayıb. Ancaq mütəxəssislər bunun təhlükəsizliklə bağlı olduğunu düşünmür və bildirirlər ki, dövlət başçısının iş otağı onsuz da yaxşı qorunur. Pəncərənin bağlanması interyerlə əlaqələndirilə bilər.
Putinin otağı o qədər də böyük deyil. Ağac materiallarından istifadə edilib. Ağac panellər bir-birilə mismarsız bağlanır. Mebel də ağacdandır. Otaqda bir neçə kitab şkafı da var.
Kabinetin yanında prezidentin istirahət otağı yerləşir. Prezident ora heç zaman jurnalistləri buraxmır. İstisna, ancaq amerikalı rejissor Oliver Stouna edilib. Rejissor Putinlə bağlı film çəkib.
Məlumata görə, istirahət otağında prezident ancaq şəxsi əşyalarını saxlayır. Məsələn, hərbi dənizçi olan atasının fotosu, ikonalar.
Prezidentin kabinetinin yanında başqa bir otaq da var. O da iş otağı kimi nəzərdə tutulub. Divar sobası otağa xüsusi gözəllik verir. Yaxınlıqda prezidentin əcnəbi nümayəndələrlə görüş apardığı otaq yerləşir. (cebhe.info)