Qaydanı pozmayan nümunəvi avtobus sürücüləri mükafatlandırıldı - FOTO

16:45 - 30 İyun 2017 - Xəbər

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yüksək peşəkarlıq və nümunəvi fəaliyyət göstərən sürücülərini növbəti dəfə mükafatlandırıb.

Şirkətdən Ucnoqta.az-a verilən məlumata görə, "BakuBus" yaradıldığı vaxtdan indiyə qədər qayda pozuntusuna yol verməmiş, həmçinin sərnişin məmnuniyyəti qazanmış sürücülər "Təşəkkürnamə" ilə təltif olunublar.

Şirkətin rəhbərliyi sürücülərə qaydaları pozmaddığına, nümunəvi xidmət göstərdiklərinə görə təşəkkür edib. Bildirilib ki, "BakuBus" yaradıldığı gündən keyfiyyətli sərnişindaşıma xidməti ilə seçilməyi qarşısına əsas məqsəd qoyub və sərnişindaşıma işində yüksək sürücülük bacarığını hər zaman ozünün prioritet istiqaməti hesab edir.

Qeyd olunub ki, mükafatlandırılan sürücülər bu günədək onlara göstərilən etimadı doğruldublar. Nümunəvi fəaliyyətləri ilə seçilən sürücülərin mükafatlandırılması, təltif olunması şübhəsiz ki, onlara əlavə stimul verəcək və gələcək işlərində daha məsuliyyətlə yanaşmalarına şərait yuaradacaq.

Mkafatlandırılan sürücülər isə öz növbəsində onlara göstərilən etimad və diqqət üçün minnətdarlığını vurğulayıblar. Onlar bildiriblər ki, "BakuBus"da sürücülük peşəsinin yenidən dirçəlməsi yönündə həyata keçirilən əsaslı işlər onlara öz peşəkarlıqlarının artırılması istiqamətində əvəzsiz imkanlar yaradıb. Sürücülər əldə etdikləri təcrübədən istifadə edərək bundan sonra da sərnişindaşıma fəaliyyətlərində nümunəvi xidmətləri ilə seçiləcəklrinə söz veriblər.


Xəbər xətti