Füzuli meydanı və Təzəpir məscidi ətrafındakı yeni yollar sınaqdan keçirilib - FOTO

14:06 - 16 İyun 2017 - Xəbər

Paytaxtın Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir. Bu barədə Ucnoqta.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.


Xəbər xətti