Türkiyədə üzərində çoxlu sayda partlayıcı maddə və “canlı bomba”lara məxsus gödəkçələr olan azərbaycanlı terrorçular saxlanılıb. 5 İŞİD-çi Suriya sərhədində yaxalanıb. Onların arasında Azərbaycan vətəndaşları Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37), Nazənin Zeynalova (42) da olub. Terrorçular məhkəmə qərarı ilə həbs ediliblər.(“qafqazinfo”)