Qadın elə asqırdı ki, fəqərələri yerindən oynadı - FOTO

11:22 - 2 İyun 2017 - HADİSƏ

Böyük Britaniya sakini Monika Ceffrey həkimləri şoka salan travmalar alıb. Qadın gülən zaman boyun fəqərələri ciddi travma alıb. İşdə boynu ağrıyan qadın bir anda güldüyü yerdə analoji travma alıb. Boyun fəqərələrinin ciddi travma alması səbəbilə Monika qismən iflic olub. Başını hərəkət etdirə bilməyən qadın xəstəxanaya aparılıb. Monika beş il bundan əvvəl də boynunu zədələmişdi. O, çarpayıda uzandığı yerdə güclü asqırdığı üçün eyni anda iki boyun fəqərəsini zədələmişdi. Qadın 14 gün boyun hərəkətlərini məhdudlaşdıran xüsusi fiksatorla gəzib. Monika artıq asqırmağa və gülməyə nifrət etdiyini deyib.( publika.az)

Xəbər xətti