Dünyanın ən bahalı çantası bu gün Honkonqdakı hərracda satılıb. Hermes modalar evinə məxsus olan brilliant işləməli çanta rekord qiymətə - 379 min dollara sahibinə qovuşub. Çanta timsah dərisindən hazırlanıb və üzərinə ağ qızıldan naxışlar vurulub. Hərrac evi alıcının adını açıqlamaqdan imtina edib. (“qafqazinfo”)