Gənc aktrisalar Bakıda podiuma çıxdı - FOTOLAR

13:32 - 24 May 2017 - MAQAZİN

Ötən gün Bakıda “Azerbaijan Fashion Week” in açılış mərasimi baş tutub. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, açılışda 3 gürcü modelyerin işi nümayiş olunub. Daha sonra isə Azərbaycanın tanınmış modelyeri Elnarə Bəkirova öz geyimlərini fərqli formada təqdim edib. Belə ki, bu dəfə podiuma ölkənin ən gənc 14 aktrisası çıxıb. Elnarə Bəkirovanın dəfiləsi “Kino kimi” devizi altında keçirilib. Geyimləri Umnisə Hacıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova, Sevinc Əliyeva, Ülfət Bəşir, Aysel Nazim, Kəmalə Piriyeva kimi gənc aktrisalar nümayiş etdirib. 

Podiuma ilk çıxan Nərgiz Əliyeva olub. Sonuncu gəlinliyi isə “Bakı, sabahın xeyir” mahnısının sədaları altında Kəmalə Piriyeva təqdim edib. 

Ümumiyyətlə, dəfilə zamanı səsləndirilən mahnıların hamısı dünya filmlərindən götürülüb. Modellər həmin mahnıların fonunda öz şoularını təqdim ediblər. Elnarə Bəkirovanın dəfiləni bu mövzuda keçirməsində məqsədi isə gənc aktrisalara dəstək üçün “Mini Hollivud” yaratmaq olub.


Xəbər xətti