Hindistanda çəkilən bir foto dünyanın gündəminə bomba kimi düşüb. Körpəsi üçün ağlayan meymun görənlərin ürəyini sızladıb. Ana meymunun qucağında özündən gedən balası olub. Balasının özündə olmadığını görən heyvan fəryad edir. Bu görüntünü isə fotoqraflardan biri təsadüfən lentə ala bilib. Görüntü sosial şəbəkələrdə sürətlə yayılıb. Fotonu çəkən 31 yaşlı Avinaş Lodhi bütün karyerası ərzində belə halla rastlaşmadığını deyib. "Nə baş verdiyini ilk olaraq anlamadım. Hər şeyi bir saat sonra başa düşdüm". Foto çəkildikdən sonra ərazidəki başqa meymunlar da fəryad edən ananın yanına gəliblər. Bala bir neçə dəqiqə sonra ayılaraq özünə gəlib. (istipress)