Dünən Nyu-Yorkda ilin ən böyük yardım kampaniyası, sosial layihəsi və eyni zamanda ən dəbli gecəsi olan "Met Gala" baş tutub. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhurların ən gözəl və fərqli geyimlərini nümayiş etdirdikləri mərasimdə Cennifer Lopez və sevgilisi Aleks Rodrigez də iştirak edib.
Cey Lo uzun mavi libası ilə gecənin ən dəbli ulduzlarından olub. O, sevgilisi ilə ilk dəfə rəsmi bir ziyafətə qatılıb.