İngiltərədə baş verən hücum zamanı ölənlərdən birinin türk əsilli olduğu müəyyən edilib.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, mart ayının 22-də Londonda törədilən terror zamanı həlak olanlardan biri Ayşa Freyddir.
43 yaşlı Ayşa ispan dili müəlliməsidir. Avtobusun altında qalaraq dünyasını dəyişən Ayşanın anası ispaniyalı, atası Kiprli türkdür. Onun iki qızı var.
Qeyd edək ki, Böyük Britaniyada baş verən terror aktında terrorçu da daxil olmaqla 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb.