Türkiyədə yaşayıb fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni İradə İbrahimovanın qızı İpek bu il birinci sinifə qədəm qoyacaq. Primetime.az xəbər verir ki, iki gün öncə Bakıdakı məclislərin birində iştirak edən müğənni sevincini belə dilə gətirib:
"Bilirsiniz ki, mən ailəmə çox bağlı biriyəm. Qızım İpek bu il birincə sinifə gedəcək. Buna görə sevincimin həddi-hüdudu yoxdur. İnşallah, sağ-salamat məktəbi bitirib, universitetə daxil olmağını da görmək qismətim olar. Bir ananın bundan böyük xoşbəxtliyi ola bilməz. Allah hər kəsin övladını qorusun, mənim balalarımı da həmçinin".
Ailəsi ilə yanaşı karyerasına da vaxt ayıran İ.İbrahimova yeni mahnı və klipi üzərində çalışdığını bildirib. Qardaş ölkədə klip çəkilişlərinə start verən müğənni yaxın zamanda yaradıcılığındakı yeniliklə tamaşaçılarını sevindirəcək.