Müğənni Ayan Babakişiyeva qızı Selena ilə birlikdə Gürcüstanda dincəlir. Axşam.az-ın məlumatına görə, İstanbulda yaşayan ifaçı bir neçə müddətlik Bakıya qayıtmışdı. A.Babakişiyeva libaslarının bir hissəsini satışa çıxarıb, orada əldə etdiyi məbləğlə kimsəsiz uşaqlara yardım edib. Bununla bağlı müğənni Gürcüstan səfərindən əvvəl Gəncəyə yollanıb.
“Allah bütün kəsilən qurbanları qəbul etsin. Mən satılan libaslarımdan qazandığım məbləğin bir qismi ilə nəsə etdim” deyə, sənətçi bildirib.