ABŞ ordusu ilk dəfə İrana qarşı hücum dəniz dronlarından istifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-də açıqlama yayıb.
Məlumata görə, ABŞ ordusu təkcə pilotsuz uçuş aparatlarından istifadə etməyib, həm də "ilk dəfə hücum dəniz dronlarından istifadə edib". Bu silahlarla zərbələrin istifadəsinin miqyası və effektivliyi barədə məlumat hələ verilməyib.
CENTCOM həmçinin İranın Hörmüz boğazına nəzarət etmədiyi iddiasını təkrarlayıb.