Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 4490-a çatıb.
Ucnoqta.az bildirir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodrigez məlumat verib.
Rodrigezin Telegram kanalında dərc etdiyi gündəlik hökumət yeniləməsinə görə, 16.740 nəfər yaralanıb, 17.907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6.462 nəfər xilas edilib, 32.401 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb. 120.794 ailəyə yardım göstərilib, 19.583 nəfər 108 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə 9.995 ton ərzaq paylanıb.
24 iyun axşamı Venesuelada zəlzələ baş verib.