ABŞ iddia edir ki, İran iyulun 6-da Hörmüz boğazında ticarət gəmilərinə ən azı iki raket atıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hücumlar ABŞ və İran arasında Hörmüz boğazında hücumların dayandırılması ilə bağlı bir həftəlik razılaşmanın müddəti bitdikdən sonra baş verib.
Axios hesab edir ki, bu, Vaşinqton və Tehran arasında anlaşma memorandumunu təhlükə altına qoyur. Nəşr yazır ki, ABŞ, çox güman ki, İrandakı hədəfləri vuraraq qisas alacaq.