Bekhem bağçada işləyən ərinin atmacalı görüntüsünü paylaşdı

00:52 - 30 Aprel 2025 - Xəbər

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem əri, İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemlə bağçada işləyərkən onunla istehza ilə zarafat edib.

Ucnoqta.az xəbər verir ki, paylaşım onun İnstaqram səhifəsində yayılıb.

Keçmiş Spice Girls üzvü ərini bej şortda, boz köynəkdə və ağ Vans idman ayaqqabısında çəkib. 
"Düşünürəm ki, turp hazırdır"- paylaşımda qeyd edilib.
"Yaxşı görünürsən. Bilirsən ki, dəb ikonası ilə evlisən, eləmi? Corablarını bəyənirəm" deyə sevgilisi ona istehza ilə xatırladıb. 

İdmançı da öz növbəsində susmayıb. 
"Torpağı əkin üçün hazırlamaq ağıl üçün yaxşıdır" –cavabında bildirib.

Xəbər xətti