AFFA-nın vitse-prezidenti milli komandanın gələcəyinə şübhə ilə baxır

10:54 - 12 Aprel 2025 - İDMAN

AFFA-nın vitse-prezidenti Balakişi Qasımov qurumun bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportliqa.az xəbər verir ki, Qasımov Azərbaycan millisinin gələcəyi ilə bağlı danışarkən bunları deyib:

"Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanacağıyla bağlı gözləntilərdən danışırıqsa, hansı ki Fernandu Santuş buna inanır, açıq deyim ki, mən buna şübhə ilə yanaşıram. Əgər millimizin bu gün sərgilədiyi oyun çox kəskin və ciddi şəkildə dəyişməsə, gələcəyə optimist baxmaq mümkün deyil. Bu məsələdə AFFA, jurnalistlər - bir sözlə, futbol ictimaiyyəti olaraq dəstək nümayiş etdirməliyik. Bu, təkcə Fernandu Santuşun işi deyil. Bu, hamımızın millisidir. Lakin ehtimalla danışanda, bu məsələdə optimist deyiləm və şübhə ilə yanaşıram".

Xəbər xətti