Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan 61 sürücü aşkarlanıb

15:10 - 12 Aprel 2025 - Xəbər

Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyəti ilə məşğul olduğu aşkar edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.

Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər

Xəbər xətti