Papua Yeni Qvineyaya aid olan Yeni Britaniya adasının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Kokopo şəhərindən (Yeni Britaniya adası) 94 km cənub-şərqdə yerləşib. Mənbə 58 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.