AFFA prezidenti Santuşdan narazıdır

11:25 - 11 Aprel 2025 - Xəbər

AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin son uğursuz çıxışları haqda danışıb.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, o, AFFA-nın Hesabat Konfransında deyib ki, millinin baş məşqçisi Fernandu Santuşla görüşdə ona narazılığını bildirib:

“Təəssüf ki, milli komandamız uğursuz nəticələrlə yadda qaldı. Biz bundan razı deyilik. Biz baş məşqçi Fernandu Santuşla müzakirələrimizdə narazılığımızı ona bildirdik. Bizim hədəfimiz odur ki, yığmamız qarşıdakı yoldaşlıq və rəsmi matçlarda uğurlu nəticə və məzmunlu oyun göstərsin. Həmçinin Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişilməz olaraq qalır”.

R.Nəcəf AFFA-nın İnkişaf Strategiyası ilə bağlı da fikirlərini bildirib: "İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdir. Misli Premyer Liqasında komanda sayının artırılması da önəmli addımdır. Beləliklə, futbolun kütləviliyi artacaq".

Xəbər xətti