Ukrayna Ordusunun itkiləri açıqlanıb - SİYAHI

14:27 - 11 Aprel 2025 - DÜNYA

Son bir həftə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 1200 pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bir həftə ərzində hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan 27 JDAM idarəolunan hava bombası və 19 HIMARS reaktiv buraxılış raketi, həmçinin 1200 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 660 təyyarə, 283 helikopter, 50 974 pilotsuz uçuş aparatı, 601 zenit-raket kompleksi, 22 796 tank və digər zirehli döyüş texnikası, 1534 reaktiv yaylım atəşi sistemi, 23 471 xüsusi təyinatlı hərbi və artilleriya695, avtomobillər məhv edilib.

Xəbər xətti