Gürcüstan 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasındakı münaqişəyə qoşulmaq üçün xarici ölkələrdən iki müraciət alıb.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Antalya Diplomatik Forumunda çıxış edərkən deyib.
"2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında hərbi münaqişəyə qoşulmaq üçün müraciət aldıq. 2022-ci ilin fevral ayının sonunda daha bir oxşar müraciət aldıq. Gürcüstanla bağlı çox kobud siyasi maraq var idi.
Belə bir vəziyyətdə diplomatiyanın faydası yox idi. Biz Gürcüstanın və dünyanın milli maraqlarını qorumaq üçün intensiv siyasi mübarizəyə başlamalı olduq. Bu, heç bir diplomatiya olmadan sadəcə siyasi mübarizə idi” - Kobaxidze qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan və Gürcüstan hakimiyyəti hələ də bu problemlərlə üzləşib.
“Biz bütün diqqətimizi müxtəlif diplomatik vasitələrlə sülh və xalqımızın rifahı üçün mübarizə aparmağa yönəlmişik”, - o əlavə edib.
///tass